Grandstream avadanlığının bazası əsasında fərdi ofislər üçün standart həllər.
IP telefoniya və IP video nəzarət həlli daxildir.

Həllin məqsədi:

Fərdi ofisin telefon və video nəzarət sistem və şəbəkəsinə inteqrasiya oluna biləcək IP telefoniya sisteminin yaradılması.


Tələblərin siyahısı:
  • Telefoniya xərclərini minimallaşdırmaq
  • Səs, video və məlumatların ötürülməsi üçün IP şəbəkənin istifadəsi
  • Mövcud analoq telefon sistemini VoIP telefoniya sistemilə birləşdirmək
  • Ofisdən kənarda çalışan əməkdaşların internetlə ofisin ATS-ilə zənglərin təhlükəsiz həyata keçirilməsini təşkil etmək.
  • Videokonfrans sisteminin təşkili imkanlarını nəzərdən keçirmək
  • IP video nəzarət sisteminin təşkilini nəzərdən keçirmək

Qoşulmanın ümumi sxemi:


İstifadə olunan avadanlıq:

  • IP ATS - VoIP şəbəkəni birləşdirən elementdir. Şəbəkə daxilində terminal qurğular (ATA adapter, IP telefon, IP videofon) arasında edilən bütün birləşmələr IP ATS vasitəsilə həyata keçirilir.
  • ATA adapter – VoIP şəbəkəsi daxilində çalışan abonent qurğusudur. IP şəbəkəyə analoq telefonların qoşulması üçün nəzərdə tutulub ( 1-2 və ya 4 FXS port).
  • IP şlüz – VoIP şəbəkəsi daxilində çalışan abonent qurğusudur. IP şəbəkəyə analoq telefon, ATS və şəhər telefon xətlərinin qoşulması üçün nəzərdə tutulub.
  • IP telefon – VoIP şəbəkəsi daxilində səs ötürülməsi üçün nəzərdə tutulmuş abonent qurğu.
  • IP videofon – VoIP şəbəkəsi daxilində səs və videonun ötürülməsi üçün nəzərdə tutulmuş abonent qurğu.
  • Videoserver – video nəzarət sistemini birləşdirən element.
  • IP videokamera – IP şəbəkəsi daxlində videonun ötürülməsi üçün nəzərdə tutulmuş trminal qurğu.
  • GSurf Pro proqram təminatı (36 kameraya qədər).

* Qeyd - IP videokameralar ikitərəfli audio və video əlaqə üçün SIP protokolunu dəstəkləyir və bu qurğuları IP PBX vasitəsilə qeydiyyata almaq olur. Buna görə də video nəzarət sistemi Grandstream Networks-un avadanlığı əsasında asanlıqla ofisinizin VoIP şəbəkəsinə inteqrasiya olunur.


Qoşulmanın sxemi.

1-ci variant:

Analoq ATS əsasında mövcud ofis telefoniyasının VoIP şəbəkəsinə keçirilməsi, abonent sayının artırma imkanı il.


İstifadə olunan avadanlıq:

  • IP ATS – VoIP şəbəkəni birləşdirən elementdir.
  • ATA adapter – VoIP şəbəkəsi daxilində çalışan abonent qurğusudur.
  • IP şlüz – VoIP şəbəkəsi daxilində çalışan abonent qurğusudur.
  • IP telefon – VoIP şəbəkəsi daxilində səs ötürülməsi üçün nəzərdə tutulmuş abonent qurğu.

Qoşulmanın sxemi.

2-ci variant:

Ofis telefoniyasının sıfırdan qurulması


İstifadə olunan avadanlıq:

  • IP ATS – VoIP şəbəkəni birləşdirən elementdir.
  • ATA adapter – VoIP şəbəkəsi daxilində çalışan abonent qurğusudur.
  • IP telefon – VoIP şəbəkəsi daxilində səs ötürülməsi üçün nəzərdə tutulmuş abonent qurğu.

Qoşulmanın sxemi.

3-cü variant:

Mövcud VoIP şəbəkəsi üzərində ofisin IP video nəzarət sistemini qurmaq.


İstifadə olunan avadanlıq:

  • IP ATS, ATA adapter, IP şlüz, IP telefon, IP videofon, IP videokamera, GSurf Pro proqram təminatı.

IP telefoniyanın üstünlükləri:

Səs və məlumatların vahid infrastrukturu. Telefon kabellərinin çəkilişinə ehtiyac yaranmır (lokal şəbəkənin olması kifayət edir). Beynəlxalq telefon danışıq xərcləri minimuma enir. Baş ofisdən uzaq məsafədə yerləşən filiallarla bir nömrə prinsipi ilə pulsuz rabitə imkanı. Abonentlərin sayını artırmaq imkanı ilə bərabər rahat və sadə qoşulma imkanı. Ofisiniz başqa ünvana köçdüyü zaman telefon nömrələrinin saxlanılması imkanı.

IP video nəzarətin üstünlükləri:

Xüsusi kabel şəbəkəsi olmadan bölünmüş sistem hesabına Kameralar LAN-a qoşulur və əlavə təhlükəsizlik sisteminin inteqrasiyasına və vahid əlumat mərkəzindən idarə olunmasına imkan yaradır. Analoq video nəzarət sisteminə nisbətən video görüntünün daha yüksək keyfiyyəti və layihənin daha aşağı qiyməti.

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR
DEMO SİFARİŞİ
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99