Grandstream avadanlığının bazası əsasında fərdi ev və kottec qəsəbələri üçün standart həllər.
IP telefoniya və IP video nəzarət həlli daxildir.

Həllin məqsədi:

Fərdi ev və qapalı şəhərciklər üçün IP telefoniya və IP video nəzarət sisteminin qurulması.


Tələblərin siyahısı:
  • Kottec qəsəbəsi ərazisinin mühafizə olunan perimetrinə görə və ərazidə yerləşən kottec və obyektlərdə fasiləsiz video nəzarəti təmin etmək.
  • Kotteclərin daxili və həyatyanı ərazisində, həmçinin giriş-çıxışına uzaq məsafəli monitorinq sistemini yaratmaq (videodomofon sistemi ilə inteqrasiya).
  • Kottec və həyatyanı ərazidə hərəkət və tüstü detektor sisteminin yaradılması.
  • Qəsəbə daxilində kotteclər arası, mühafizə və qəsəbə xarici abonentlərlə telefon və video əlaqəni təmin etmək.
  • Qəsəbə ərazisində sitemin asan və rahat qurulmasını və istismar xidmətini təmin etmək.

Qoşulmanın ümumi sxemi:


İstifadə olunan avadanlıq:

  • UCM61xx seriyalı PBX – sistemin mərkəzi olaraq bütün qurğuları bir-biri ilə birləşdirməklə yanaşı xarici xətlərlə də əlaqə yaradır.
  • 41хx (FXO) seriyalı şlüz – Şəhər analoq telefon xətlərinin VoIP şəbəkəsi ilə birləşməsi üçün nəzərdə tutulub.
  • GXV31xx IP videofon – VoIP şəbəkəsi daxilində telefon və video əlaqənin həyata keçirilməsi üçün nəzərdə tutulmuş abonent qurğusu, bundan əlavə videodomofon sisteminin terminal qurğusu kimi də istifadə edilə bilər.
  • GXP seriyalı IP telefonlar – VoIP şəbəkəsi daxilində səs ötürülməsini həyata keçirən abonent qurğusudur.
  • GXV3662 HD seriyalı IP videokamera – Mikrofon, səsucaldan, siqnalizasiya və xəbərdarlıq sistemi ilə qoşulmaq imkanına malik olan çöl kameralar.
  • GXV 36xx seriyalı IP videokameralar – kottec və s. obyektlərin daxilində video nəzarəti təmin etmək üçün nəzərdə tutulmuş qurğu.
  • GSurf-proqram təminatı (36 kameraya qədər).

Qoşulmanın sxemi.

1-ci variant:

Fərdi kottec üçün IP telefoniya və IP videonəzarət sisteminin yaradılması.


İstifadə olunan avadanlıq:

  • GXV31xx IP videofon – VoIP şəbəkəsi daxilində telefon və video əlaqənin həyata keçirilməsi üçün nəzərdə tutulmuş abonent qurğusu, bundan əlavə videodomofon sisteminin terminal qurğusu kimi də istifadə edilə bilər.
  • GXV3662 HD seriyalı IP videokamera Mikrofon, səsucaldan, siqnalizasiya və xəbərdarlıq sistemi ilə qoşulmaq imkanına malik olan çöl kameralar.
  • GXV 36xx seriyalı IP videokameralar – kottec və s. obyektlərin daxilində video nəzarəti təmin etmək üçün nəzərdə tutulmuş qurğu.
  • GSurf-proqram təminatı (36 kameraya qədər).

Qoşulmanın sxemi.

2-ci variant:

Kottec qəsəbəsi üçün IP telefoniya və IP videonəzarət sisteminin yaradılması.


İstifadə olunan avadanlıq:

  • UCM61xx seriyalı IP PBX – sistemin mərkəzi olaraq bütün qurğuları bir-biri ilə birləşdirməklə yanaşı xarici xətlərlə də əlaqə yaradır.
  • 41хx (FXO) seriyalı şlüz – Şəhər analoq telefon xətlərinin VoIP şəbəkəsi ilə birləşməsi üşün nəzərdə tutulub.
  • GXV31xx IP videofon – VoIP şəbəkəsi daxilində telefon və video əlaqənin həyata keçirilməsi üçün nəzərdə tutulmuş abonent qurğusu, bundan əlavə videodomofon sisteminin terminal qurğusu kimi də istifadə edilə bilər.
  • GXP seriyalı IP telefonlar – VoIP şəbəkəsi daxilində səs ötürülməsini həyata keçirən abonent qurğusudur.
  • GXV3662 HD seriyalı IP videokamera – Mikrofon, səsucaldan, siqnalizasiya və xəbərdarlıq sistemi ilə qoşulmaq imkanına malik olan çöl kameralar.
  • GXV 36xx seriyalı IP videokameralar – kottec və s. obyektlərin daxilində video nəzarəti təmin etmək üçün nəzərdə tutulmuş qurğu.
  • GSurf-proqram təminatı (36 kameraya qədər).

IP telefoniyanın üstünlükləri:

Səs və məlumatların vahid infrastrukturu. Telefon kabellərinin çəkilişinə ehtiyac yaranmır (lokal şəbəkənin olması kifayət edir). Beynəlxalq telefon danışıq xərcləri minimuma enir. Baş ofisdən uzaq məsafədə yerləşən filiallarla bir nömrə prinsipi ilə pulsuz rabitə imkanı. Abonentlərin sayını artırmaq imkanı ilə bərabər rahat və sadə qoşulma imkanı. Ofisiniz başqa ünvana köçdüyü zaman telefon nömrələrinin saxlanılması imkanı.

IP video nəzarətin üstünlükləri:

Xüsusi kabel şəbəkəsi olmadan bölünmüş sistem hesabına Kameralar LAN-a qoşulur və əlavə təhlükəsizlik sisteminin inteqrasiyasına və vahid əlumat mərkəzindən idarə olunmasına imkan yaradır. Analoq video nəzarət sisteminə nisbətən video görüntünün daha yüksək keyfiyyəti və layihənin daha aşağı qiyməti.

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR
DEMO SİFARİŞİ
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99