DECT telefonlar


Əgər biz tarixinə nəzər yetirsək, görərik ki, Grandstream şirkətinin SİP protokolunu istifadə edərək DECT IP telefonlarının istehsalında ilk cəhdi 2012-ci ildə çıxarılan DP715 modeli hesab edilə bilər. Bu cihaz sinifində faktiki standart zamanda bir bazalı stansiyaya bir neçə telefonu birləşdirmək, hər birində isə öz SİP hesabını təyin etmək imkanını yaratdığını görə bilərik. Digər istehsalçıların telefonları arasındakı böyük fərq yaradan bu buraxılış, əsasən, dəstəklənən telefonların sayına və eyni baza stansiyasında eyni vaxtda qoşula bilməsinə görə şirkətlər və onun işçilərinin rahatlığını təmin etdiyini müşahidə edərik. Bu DECT İP telefonlar xəttlərin xüsusiyyətlərinə görə son dərəcə irəliləmiş funksiyalarla istifadəçilərin ən rahat iş rejimini təmin edir.




Grandstream DP750, 5 ədəd DP720 simsiz DECT telefonunu qəbul edən DECT VoIP baza stansiyasıdır. DECT simsiz telefonlar kimi səs cihazları üçün istifadə edilən radio texnologiyasıdır. DP750 / DP720 dəsti 3 istiqamətdə səs konfransı ilə yanaşı, 10 SİP hesab və 10 xəttə malikdir. DECT baza stansiyası inteqrasiya edilmiş PoE funksiyası vardır. DP720 telefonu isə G.722 və Opus dəstəyi ilə HD səs, tam dupleks səs gücləndiricilər və 3,5 mm qulaqcıq girişi ilə təmin edilib. DP750 / DP720 50 metr daxili və 300 metr açıq havada tam rahatlıqla istifadə edilə bilir.

.

DP750 baza stansiyası kiçik bir ATA ölçüsünə görə kompakt və sadədir. Aydınlatmalı LED vəziyyət göstəriciləri, bir Ethernet jakı, mikro USB güc jakı və telefonları qoşmaq üçün istifadə olunan bir düyməyə malikdir. Grandstream artıq enerji adapterləri yerinə mikro USB kabelindən istifadə edir. DP750 də divarda yerləşdirilməsi üstünlüyü vardır ki, bu da müxtəlif istiqamətlərdə istifadə olunmasına imkan yaradır.


DP750 / DP720 hər ikisi də digər VoIP telefonlarından fərqli olaraq birbaşa konfiqurasiya edilir və bu sizin çox vaxtınızı almır. Amma  bir dəfə bunu necə işlədiyini anladıqda onun işinizə necə yaradığını görəcəksiniz. Brauzer əsaslı administrator portalında hər bir profil üçün proxy və ümumi konfiqurasiya seçimlərini təyin edə bilərsiniz.


10 fərqli xəttə qədər konfiqurasiya edilə bilir. Bu xəttlər xüsusi SİP profili ilə əlaqəli fərdi SİP hesablarıdır. Daha sonra hansı əl telefonlarında hansı xətlər mövcud olacağını müəyyən edə bilərsiniz: Siz bir xətt təyin edə və ya xətt sayının hamısını seçə, yəni 10 edə bilərsiniz. Bundan sonra hər bir SİP hesabı DP720 telefonuna xətt kimi əlavə edilir.


DP750 baza stansiyasını ofisin bir ucuna qoya və hər hansı bir səs keyfiyyətini itirmədən digər tərəfdə istifadə edə bilərsiniz. Bu ofis daxilində 50 metrdir. Yox əgər siz ofis daxilindən kənarda işinizi davam etdirsəniz, açıq havada sizin əhatə dairəniz 300 metr olacaqdır.


Şirkətin ölkəmizdə 2007-ci ildən rəsmi təmsilçisi olan Grandstream Azərbaycan bu müddət ərzində bir çox dövlət və özəl müəssisələrdə original İP avadanlıqlarını istifadəyə verməklə müştərilərin rəğbət və etibarını qazanmışdır. Siz də biznesinizin uğur qazanması üçün VoİP həlləri tətbiq etmək istəyirsinizsə, əlaqə saxlamağınız kifayətdir:

[email protected]

+994 12 310 12 12 | 335

+994 77 277 61 77






Digər məqalələr

Ofis üçün İP telefonları necə seçmək lazımdır?
Kiçik və Orta Bizneslər üçün sərfəli IP həllər
Pərakəndə satış sektorunda IP-telefoniyanın önəmi
GRP2600

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR
DEMO SİFARİŞİ
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99