VoIP-in analoq telefonlardan 5 üstünlüyü

Kommunikasiyalar sahəsində bugün ən müzakirə edilən mövzulardan biri VoIP texnologiyasıdır. Mütəxəssislər qeyd edirlər ki, VoIP texnologiyası inkişaf etdikcə bu əlaqə növü iri şirkətlər üçün nəzərdə tutulmuş əlavə xidmətdən çoxfunksiyalı bir sistemə çevrilərək yaxın gələcəkdə bütün əsas kommunikasiya vasitələrini birləşdirə bilər. Bəs VoIP texnologiyası insanları nə ilə cəlb edir?

VoIP (Voice over IP) — səsli mesajların stasionar telefoniyadan fərqli olaraq İnternet protokolları vasitəsi ilə ötürülməsi sistemidir. VoIP texnologiyasına əsaslanan IP-telefoniya həm İnternet, həm də lokal şəbəkə üzrə telefon danışıqların aparılmasını mümkün edərək  müəssisədə telefon danışıqlarına xərcləri azaltmaq imkanını verir. Bunun üçün korporativ rəqəmsal IP telefon şəbəkəsi qurmaq kifayətdir. Bu da VoIP texnologiyasının ən vacib üstünlüklərdən biridir, IP-telefon istifadə edərək şəhərarası və beynəlxalq zənglərə əhəmiyyətli dərəcə qənaət edirsiniz, ofis və filialları birləşdirən sistem isə onları tamamilə ödənişsiz həyata keçirməyə imkan verir.

VoIP-in daha bir üstünlüyü odur ki, sistemin quraşdırılması çox əziyyət tələb etmir. Bu texnologiya korporativ telefon şəbəkəsini tez və asan təşkil etməyə, ona şirkətin əməkdaşlarını, uzaq məsafədə yerləşən filialların və distans işləyən işçiləri də qoşmaq imkanını verir. VoIP-in internet şəbəkəsinə əsaslanan konfiqurasiya interfeysi məsafədən telefon sistemini tənzimləməsini mümkün edir. 

VoIP istifadəçilərə həmçinin Contact Center üstünlüklərindən yararlanmaq imknanını verir: Sürətli telefon bağlantısı daxilində bir neçə zəngin ötürülməsi funksiyasına görə VoIP ofis və ya evinizdə əlavə telefon xətlərinin quraşdırılmasının ən asan yolu hesab olunur. Müştərilərinizlə həm telefon, həm email və online chat vasitasi ilə ünsiyyət qurursunuz.  İnteraktiv səs cavabı sizə müştərinin istəyin öyrənib, onu lazımlı şöbə və ya əməkdaşa yönləndirmək imkanını verir. Bundan əlavə avtomatik zəng, yönləndirmə, konfrans əlaqə, “ağıllı” avtocavabçı kimi contact center üstünlüklərindən istifadə edə bilirsiniz.

VoIP texnologiyası ATS bazanızı operativ dəyişmək, ona tələb olunan sayda abunəçi əlavə etmək və ya çıxarmaq, bir neçə dəqiqə içində asanlıqla yeni telefon xətləri yaratmaq kimi imkanlar verir. Stasionar mini-ATS isə istifadəçi sayına görə məhdud resurslara malikdir: əlavə telefon xətlərinin və nömrələrin qoşulması tez-tez yüksək qiymətli avadanlığın yenilənməsini tələb edir. Bəzi hallarda tamamilə yeni mini-ATS sistemi lazım ola bilər. VOIP sistemi ilə bu proses fərqli həyata keçir: standart kompüterdən böyük həcmdə telefon xətti və əlavə nömrələrə xidmət göstərilə bilər – sistemin genişlənilməsi üçün sadəcə yeni telefonları əlavə etmək kifayətdir.

Öyrəşilmiş ATS-lərdən fərqli olaraq VoIP asan və aydın şəkildə IP-ATS-i müəssisənin informasiya sisteminə inteqrasiya etmək imkanını verir. Bunun sayəsində vahid korporativ telefon məlumat sistemindən istifadə etmək, birbaşa CRM sistemindən zəng etmək və zəngləri qəbul etmək mümkündür. Həmçinin sistemə saytınızdan birbaşa zəng funksiyası əlavə edildikdə müştəriniz əlaqə qurmaq qərarını daha tez qəbul edir və bir düyməni basmaqla smartfonundan sizə müraciət edə bilir. Sizin müştəri münasibətlərinin idarə edilməsi alətinə inteqrasiya edilən VoIP-i seçərək müştərinin şirkətinizlə hər ünsiyyəti haqda məlumat ala bilirsiniz. 

İnformasiya texnologiyaların inkişafı VoIP-telefoniyanın həm kiçik ofisdə, həm də böyük şirkət üçün qənaətli və etibarlı əlaqə vasitəsinə çevrilməsinə gətirdi. Əksər şirkətlər artıq köhnəlmiş stasionar telefoniyadan imtina etdiyinə görə gələcəkdə VoIP sistemlər istifadəçiləri rəqəmsal əlaqə kanalları ilə təmin edərək analoq ATS-ləri telekommunikasiya bazarından tamamilə çıxarmaq şansına malikdirlər. IP avadanlıqların aparıcı istehsalçısı Grandstream artıq uzun müddətdir ki, dünyada VoIP həllər tətbiq edərək əlaqənin yüksək keyfiyyətini təmin edir. Şirkətin ölkəmizdə 2007-ci ildən rəsmi təmsilçisi olan Grandstream Azərbaycan bu müddət ərzində original IP avadanlıqları bir çox dövlət və özəl müəssisələrdə istifadəyə verməklə müştərilərin rəğbət və etibarını qazanmışdır. Siz də biznesinizin uğur qazanması üçün VoIP həlləri tətbiq etmək istəyirsinizsə əlaqə saxlamağınız kifayətdir:

[email protected]

+99412 310 21 21 

+99477 277 24 77



Digər məqalələr

Unifikasiya edilmiş kommunikasiyaların 5 üstünlüyü
Problemsiz müşahidə kameraları
İşgüzar görüşlərə məsafə və zaman əngəl deyil!
Kiçik biznesin IP-telefoniyaya ehtiyacı varmı?

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR
DEMO SİFARİŞİ
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99