DECT telefoniya sizə nə verir?

Müasir simsiz sistemlərin öyrəşilmiş köhnə telefonlarla müqayisədə üstünlükləri bəllidir. Həm əlaqə xətlərinin çəkilməsinə ehtiyac olmur, həm əməkdaşlar hərəkətlilik imkanı qazanırlar ki, bunun sayəsində də onlar iş masasından kənar olanda belə əlaqədə qala bilirlər. Simsiz telefon şəbəkənin qurulmasının bir neçə üsulu mövcuddur: Wi-Fi şəbəkədən istifadə, DECT və dar ixtisaslaşmış radio qurğuların köməyi ilə.

Müasir radiotelefonların əksəriyyəti onların böyük sayda və eyni vaxtda işləmə imkanını özündə reallaşdıran DECT (Digital Enhanced Cordless Telecommunications) standartını dəstəkləyirlər. 1880-1900 Мhz tezliyində işləyən bu standart istifadəçilərə keyfiyyətli səs, radio maneələrin olmaması və həm ev, həm ofisdə istifadə üçün kifayət olan uzaqlaşdırılma məsafəsində işləmək imkanını verir. Geniş funksionallığına baxmayaraq hətta mobil rabitə belə DECT texnologiyası ilə əlaqənin keyfiyyətinə görə rəqabət edə bilməz. 

Rəqəmsal telekommunikasiya standartı DECT—  maksimal dərəcədə sabit, etibarlı, dinləmələrdən qorunan danışıqlarını təmin edən vasitəsidir. Əgər şirkətin əlaqə sistemində nasazlıqlar olursa — satışlar aşağı düşür,  əgər sabit telefon bağlantısı yoxdursa, biznesin fəaliyyəti ümumiyyətlə dayana da bilər. DECT texnologiyasından fərqli olaraq mobil telefon bağlantısının qeyri-sabitliyinə görə sahibkarlar ona etibar edə bilmirlər. DECT standartın siqnalı isə içəridə 50 metr, açıq sahədə də 300 metrə qədər radiusda maneəsiz və fasiləsiz işləyə bilir.

Grandstream şirkəti uzun müddətdir ki İP-telefoniya sistemləri üçün geniş spektr SİP protokolu ilə işləyən keyfiyyətli avadanlıqlar istehsal edir.  Bundan əlavə, Grandstream yalnız böyük şirkətlər yox, həm də kiçik və orta biznes seqmentinə uyğun həllər təklif etdiyinə görə, təəccüblü deyil ki, müştərilərin əksəriyyəti məhz bu brendin məhsullarını seçir.

Grandstream-ın DECT telefonu DP750/DP720 sadəcə bundan əvvəlki modelin yaxşılaşdırılmış versiyası kimi deyil, tam yeni, daha yüksək səviyyəli İP cihaz kimi tanınır. Yeni baza stansiyası olan DP750-ni ofisinizin istənilən yerində quraşdıra bilərsiniz, çünki cihazın PoE texnologiyasını dəstəkləməsi sayəsində elektrik xətlərə yaxın yerləşdirmək məcburiyyəti artıq yoxdur.  DP720-nin rəngli ekranının diaqonalı 1.8″ və olçüləri  128x160 piksel təşkil edir. Bu telefon dəstəyinin iki vacib portu var: birincisi- qulaqlıq qoşulması üçün 3.5 mm girişi və qida cihazı istifadə etmədən eneji toplamaq üçün Micro-USB portu. DP750 baza stansiyası 5 simsiz telefon dəstəyi ilə işləyə bilir, eyni vaxtda həyata keçirilən danışıqların sayı isə 4-lə məhdudlaşıb. Bütün DECT cihazlarda SİP hesabların sayı telefon dəstəklərindən çox olur, lakin bu modeldə onların sayı düz iki dəfə çoxdur, yəni 10 SİP hesaba qədər dəstəklənə bilir. Bundan əlavə siz 10 hesabın hamısını bir telefon dəstəyinə və ya eyni hesabı 5 dəstəyə təyin edə bilərsiniz . İkinci halda daxil olan zəng istifadəçinin seçiminə uyğun emal olunur: zəng yalnız bir dəstəyə gəlir; bütün dəstəklərə eyni vaxtda və ya sıralama ilə gəlir. DP750-nin öncəki DP715 modelindən daha bir fərqi HD keyfiyyətli səsidir. Yüksək keyfiyyətli səs telefonun mümkün kanalları daim analiz edərək ən optimal olanını seçməsi sayəsində əldə edilir. Bu seçim yalnız bağlantı qurulanda deyil, həmçinin ünsiyyət zamanı da aparılır. Danışığın keyfiyyəti həmçinin kodlaşdırılmanın ən müasir mobil əlaqə standartından belə yüksək olan 32Kb/s sürətinə görə də əldə edilir. 

Grandstream şirkətinin DP700 seriyalı simsiz həlləri ofis, pərakəndə satış nöqtələri, ev və digər yerlərdə istifadə üçün nəzərdə tutulub. Brendin DECT telefonlarının verdiyi portativlik sayəsində həm əməkdaşların məhsuldarlığının artması, həm onların müştəri və həmkarlar üçün əlçatanlığı təmin edilir. Daha ətraflı məlumat almaq üçün şirkətin ölkədə rəsmi təmsilçisi olan Grandstream Azərbaycan ilə əlaqə saxlaya bilərsiniz:    

[email protected]

+99412 310 21 21 

+99477 277 24 77



Digər məqalələr

İP ATS, Telefoniya sistemi və Biznes
Videokonfrans istifadə etməyin qeyri-adi, lakin mühüm səbəbləri
Avtomatlaşdırılma sizin sahənizə necə təsir göstərir?
DECT telefonlar

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR
DEMO SİFARİŞİ
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99