Daha yüksək qiymətli avadanlıqlar istifadəçilərə hansı üstünlükləri verir?

IP-telefoniya orta biznesin aylıq telefon xərclərinə 70%-ə qədər qənaət etməyə kömək edir. İstənilən müvəffəqiyyətli biznesi korporativ telefon şəbəkəsi olmadan təsəvvür etmək mümkün deyil. Şirkətdə kommunikasiya sisteminin düzgün təşkili yalnız əlaqə xərclərini optimallaşdırmağa yox, həm də ofis işçilərinin gündəlik təkrarlanan əməliyyatlarını avtomatlaşdırmağa imkan verir. Bu əlaqə növü ilə istifadəçilər maksimal məhsuldarlığı, asan inteqrasiyanı və unikal proqramlaşdırıla bilən telefon sistemlərini əldə edirlər. Yüksəlmiş məhsuldarlıq isə gəlirin artmasına və əsas xərc maddələrinin azalmasına gətirir. IP-telefoniya sizə qənaət etməyə kömək etsə də, bu avadanlıqları seçərkən qənaətə yox, ilk növbədə biznesinizə uyğunluğuna baxmaq və təklif olunan imkanları müqayisə etmək mütləqdir.

IP-telefoniyanın əsas üstünlüyü — qoşulmanın sürəti və şirkət üçün kommunikasiya sisteminin təşkilinə əlavə xərcin olmamasıdır. IP-telefoniya sisteminin tədbiqi və keyfiyyətli stasionar telefon stansiyasının quraşdırılması üçün xərcləri müqayisə etsək, əsas xərc maddələrin yerləri dəyişsə də, xərclənən məbləğ təxminən bərabər olacaq. Öyrəşilmiş telefon stansiyasının təşkili bahalı olsada, bu əlaqə növü üçün ucuz avadanlıqlar istifadə olunur. IP-telefoniyada əksinə — onun "beyni" telefondadır, serverə isə yalnız abunəçilərin arasında bağlantı yaratmaq qalır. Məhz buna görə də IP sisteminin tədbiqini planlayaraq əsas diqqəti keyfiyyətli cihazın seçiminə yönəltmək lazımdır.

Grandstream şirkəti yüksək keyfiyyət, istifadə rahatlığı və hər biznesə uyğunlaşabilən imkanları ilə seçilən geniş spektr IP-avadanlıqlar təklif edir. Grandstream-in IP həlləri zamanla yoxlanılmış və VoIP sahəsində dəfələrlə mükafatlandırılmışdır.

GXP2170 modeli GXP2130/40/60 korporativ telefonlar seriyasını davam edən HD səsli və yüksək keyfiyyətli IP-telefondur. Telefon böyük həcmdə zənglər emal edən əməkdaşlar üçün nəzərdə tutulub. Telefona inteqrasiya edilmiş Bluetooth adapter sayəsində müxtəlif mobil qurğuların qoşulması mümkündür. Əlavə xətlərdən istifadə etməklə konfransların keçirilməsi də mümkündür. GXP2170 IP-telefonunun köməyi ilə rəhbərlər və menecerlər  əməkdaşların fəaliyyətini asanlıqla koordinasiya edə və eyni zamanda bir neçə prosesi tənzimləyə bilərlər.

Bu məşhur telefon 12 telefon xətti və 6 müstəqil SIP-hesab dəstəkləyir. Ekranın yanında yerləşən 48 virtual BLF-düymə və 4-dək əlavə GXP2200EXT paneli mövcudluğu sayəsində  işində telefon bağlantısını aktiv istifadə edən əməkdaşlar üçün əvəzedilməzdir.Bundan başqa, cihaz qoşulma sürətini mümkün olan maksimuma çatdıran 2 giqabitli PoE-li port, 4.3’ düymlük böyük rəngli ekran, 5 tərəfli konfrans və bir çox digər üstünlükləri özündə birləşdirir. Grandstream GXP2170 - böyük şirkətlər üçün uyğun olan zərif dizaynın, geniş funksionallığın və istifadənin rahatlığını özündə birləşdirən premium-klass səviyyəli IP-telefondur. Eleqant dizayna malik olan GXP2170 yüksək ranklı menecerlər üçün ən uyğun modellərdəndir.

Internet şəbəkəsinə qoşulmanı təmin edən yüksək sürətli kanallarının geniş yayılması və aparatların məhsuldarlığının artımı videotelefoniya həllərinin yaranmasına gətirdi. Müasir IP-videotelefon GXV3275 Android 4.2.2 sistemində işləyərək onun bütün üstünlüklərindən istifadə edir. Bu 7" ekranlı masaüstü telefon qabaqcadan yazılmış proqram təminatından əlavə cihazın potensialını daha da artırmaq üçün “Google Play Store”-dan istənilən əlavəni yükləməyə imkan verir. Bununla da  telefoniya sahəsində çoxdan gözlənilən hibrid IP-telefon olan GXV3275  planşet və masaüstü telefon arasındakı sərhədi silməkdədir. Grandstream şirkəti yalnız “Ev” düyməsi olan əvvəlki modelindən önə gedərək GXV3275 həllində fiziki düymələrdən tam imtina etdi.

Məsafədən asılı olmayan görüş, müşavirə və danışıqların keçirilməsi üçün Grandstream şirkəti yüksək keyfiyyətli görüntü və səsin ötürülməsini təmin edən videokonfrans həlli təklif edir. GVC3200 - çox iştirakçılı videokonfransın keçirilməsi üçün tətbiq olunan innovasiya məhsulu məsafədən iştirakçıların qarşılıqlı əlaqəsinin təşkili və digər şəbəkə kameraları və İP telefonlar kimi əlaqə sistemləri ilə geniş inteqrasiya imkanlarına malikdir. Bu məhsul ilə şirkətin müxtəlif bölmə və filiallarının əməkdaşlarını virtual bir otaqda yığmaq mümkündür. GVC3200 Android 4.4 əməliyyat sisteminə əsaslanan ilk videokonfrans həllidir və bu platforma “Google play store”-da olan “Skype”, Skype for business”, “Google hangouts” və  digər proqramlardan istifadəyə imkan yaradır.

IP qurğular birbaşa lokal şəbəkə vasitəsilə və ya İnternet üzrə IP ATS-ə qoşulurlar. Grandstream şirkətinin UCM6510 modeli danışığın, videonun və datanın yüksək keyfiyyətlə ötürülməsini təmin edən və asanlıqla idarə edilən IP ATS həllidir. Bu korporativ səviyyəli lokal IP ATS-lər 2000 abunəçiyə qədər dəstəkləyir. UCM6510 seriyası bizneslərə səs, görüntü, konfrans, video müşahidə, məlumatların emalı aləti və məlumat ötürülməsi vasitələrinə girişin nəzarəti kimi bir neçə əlaqə texnologiyalarını məsafədən idarə edilə bilən vahid şəbəkədə birləşdirmək imkanını verir.

Biznesin müvəffəqiyyət qazanması və daim inkişaf etməsi üçün bütün proseslərin sürətli və keyfiyyətli icra olunması mütləqdir. İlk növbədə, əməkdaşlar, müştərilər və partnyorlarla kommunikasiya və məlumat mübadiləsi əsas əhəmiyyət kəsb edir. Grandstream şirkətinin məhsulları açıq standartlara əsaslanaraq digər istehsalçıların sistemləri ilə geniş inteqrasiya imkanlarına, funksionallığa və səmərəli qiymət-keyfiyyət nisbətinə malikdir.  Brendin ölkəmizdə rəsmi təmsilçisi olan Grandstream Azərbaycan şirkəti ilə əlaqə saxlamaq üçün:

[email protected]

+99412 310 21 21 

+99477 277 24 77


Digər məqalələr

IP-telefoniyanın sənayedə tətbiqi
Məsafədə çalışan işçilərlə əlaqə saxlanılması
Daha yüksək qiymətli avadanlıqlar istifadəçilərə hansı üstünlükləri verir?
İş adamları üçün yeni imkan

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR
DEMO SİFARİŞİ
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99