Kiçik və Orta Bizneslər üçün sərfəli IP həllər

Son zamanlar ictimaiyyətdə böyük maraq doğuran "IP-telefoniya fenomeni" stasionar telefonların satış həcminin azalmasına və yalnız iri müəsisələrin yox, hətta mikro bizneslərin IP həllərə keçməsinə gətirdi.  Kiçik bizneslərdə uğurun sirri ilk gündən effektiv biznes proseslərdir, bunun üçün isə müştərilərlə  əvvəldən düzgün əlaqə qurmaq mütləqdir. 

Müəssisələr inkişafın qaşısını alan amillərin aradan qaldırılmasına və biznesin böyüməsinə kömək edən kommunikasiya vasitəsinə ehtiyac duyurlar.  VoIP-protokolu əsasında IP-telefonlar KOB-lara daha çox müştəri qazanmağa, heç bir zəngi buraxmamağa və müraciətləri satışlara effektiv konversiya etməyə kömək edir. Kommunikasiya sahəsində ən yeni şəbəkə texnologiyalarından istifadəyə əsaslanan IP-telefoniya zəngləri bütün istiqamətlər üzrə aşağı tariflərlə həyata keçirməyə imkan verir, bu da öz növbəsində əlaqə üçün xərcləri əhəmiyyətli dərəcədə azaldır. Lakin IP-telefoniyanın KOB üçün yaratdığı üstünlükləri sərfəli olması ilə bitmir. IP-telefoniyadan istifadə edərək müəssisələr səmərəli qiymətə öncədən yalnız iri şirkətlərə məxsus funksionaldan yararlana bilirlər. Bu funksiyaların istifadəsi biznesə həm rəqabət üstünlükləri, həm infrastruktur xərclərini optimallaşdıraraq, qənaət etmək imkanını verir.

IP-telefoniya vasitəsilə bizim dövrdə dünyanın hər hissəsində müştərilər və partnyorlarla əlaqə qurmaq mümkündür və əlaqənin keyfiyyəti məsafədən asılı olmayaraq ən yüksək səviyyədə qalır.  İstifadəçinin öz nömrəsini istənilən yerdən işlədə bilməsi əməkdaşları tez-tez ezamiyyətdə olan şirkətlər üçün xüsusilə əhəmiyyətlidir. Texnologiyalara yatırımlar isə müştərilər və əməkdaşlarla ünsiyyətdə əlavə üstünlüklər və əlaqəyə xərclərin azalmasının hesabına, demək olar ki, dərhal ödənilir.

IP telefoniya — həmçinin bir xəttə bir neçə nömrənin qoşulması, bir nömrəyə eyni zamanda bir neçə zəngin qəbulu və digər imkanları verir. Ofisə IP-telefonun quraşdırılmasının qiyməti kiçik olsa da, əlaqənin bu növündən istifadənin üstünlükləri böyükdür. Kiçik təşkilatda IP-ATS-ın tətbiqi üçün kompüter, IP-telefon və sabit internet əlaqə kifayətdir. Hələ bir müddət əvvəl KOB üçün optimal kommunikasiya imkanlarını və tələbləri özündə birləşdirən IP-telefon tapmaq qəliz bir problem idi. Lakin, hazırda belə əlaqə vasitələrinə misal olaraq Grandstream şirkətinin bir çox tanınmış modellərini qeyd etmək olar.

Grandstream şirkətinin GXP1625 modeli kiçik bizneslər üçün nəzərdə tutulmuş ən uyğun İP telefonlardandır. Cihaz əsas IP telefoniya funksiyalarından əlavə zəngin saxlanılması və gözlənilməsi, anında zəng yazısı, hər əlaqə qrupuna uyğun zəngin musiqi seçimi və hava proqnozu kimi imkanları da dəstəkləyir. Əsasən telefon danışıqları vasitəsilə işi gedən əməkdaşların rahatlığı üçün bu cihaz qulaqlıq qoşulan RJ9 girişi ilə təchiz edilib. GXP1625-də router və web interfeys imkanlarınının konfiqurasiyası üçün iki şəbəkə portu olduğuna görə telefonun qoşulması əlavə vaxt almır.  İki telefon xətti dəstəkləməsi iki fərqli hesabda cihazın qeydiyyatı ilə yanaşı, həm də eyni vaxtda iki zəng qəbul etməsinə imkan yaradır.

Grandstream-ın ucuz və sərfəli modellərindən olan GXP1610 ilkin səviyyədə olan kiçik şirkətlərin ofislərində istifadə üçün nəzərdə tutulub. Linux əməliyyat sistemində işləyən bu telefon 1 SIP-hesab, iki telefon zəngi və 3 proqramlaşdırıla bilən XML-düymə dəstəkləyir. Grandstream şirkətinin bütün IP-telefonları kimi bu model də avtomatik tənzimləmənin müxtəlif üsullarını dəstəkləyir. Həm XML-fayllar, həm TR-069, həm də IP-ATS-ın UCM seriyasına qoşulduğu halda mümkün olan Zero-Config köməyi ilə tənzimlənilir. 

Grandstream GXP2130 İP-telefonu HD keyfiyyətli audio, məlumatların fərdiləşdirilməsi, istifadənin rahatlığı üçün avtomalaşdırılmış inisiallaşdırma kimi geniş spektr qabaqcıl imkanları dəstəkləyir. Cihaz yüksək səviyyədə təhlükəsizliyi və əksər SIP-qurğularla uyğunluğu təmin edir. Grandstream GXP2130 -  geniş funksiyalı və istifadəsi rahat olan IP-telefon axtaran kiçik və orta müəssisələr üçün mükəmməl seçimdir.

IP-telefoniya biznesinizin elə məsələlərin həll edə bilir ki öyrəşilmiş stasionar telefonlar vasitəsilə həlli mümkün deyil və ya həm maliyyə baxımından, həm təşkili üçün çox xərc tələb edir.  Grandstream-ın ölkəmizdə rəsmi satış təmsilçisi olan Grandstream Azərbaycan şirkətinin bu və digər IP həlləri ilə bağlı məlumat almaq üçün əlaqə saxlaya bilərsiniz:

[email protected]

+994 12 310 12 12 | 335

+994 77 277 61 77



Digər məqalələr

Videokonfrans nə üçün lazımdır?
İP telefoniya - müasir biznesin ayrılmaz texnologiyası
Pərakəndə satış sektorunda IP-telefoniyanın önəmi
DECT telefoniya sizə nə verir?

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR
DEMO SİFARİŞİ
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99