Pərakəndə satış sektorunda IP-telefoniyanın önəmi

Pərakəndə sektorunun istənilən təcrübəli mütəxəssisi bilir ki, mağazalar, təchizatçılar, anbarlar, alıcılar və satış bölmələrinin arasında ünsiyyət keyfiyyətli xidmət və sifarişlərin idarə edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Yüksək istismar xərcləri tələb edən öyrəşilmiş stasionar telefoniya sistemi pərakəndə şəbəkənin ehtiyaclarını təmin etmək üçün artıq kifayət deyil. Qeyri-müəyyən iqtisadi şəraitdə şirkətlərin rəqabətə davamlılığın artımı məsələsi xüsusilə aktuallaşır və əksər hallarda buna müştəri yönümlü biznes təşkil etməklə nail olunur.

Kommunikasiya sistemlərinin fasiləsiz işləməsi keyfiyyətli xidmət və şirkətin inkişafını təyin edən əsas amillərdən olduğuna görə telefoniya biznes üçün müştərini cəlb etməkdə və saxlanılmasında mühüm rol oynayır. Düzgün təşkil olunmuş telefoniya sistemi biznesinizdən müştərilərin məmnunluğunu artırmağa və bunun hesabına rəqabətə davamlılığı yüksəltməyə kömək edir. Daxili proseslər və müştərilərlə kommunikasiya üçün IP-telefoniyanı istifadə etməklə ticarət şəbəkələri həm öz xərclərini azaldır, həm də müştərilərin xidmət keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldirlər. IP-telefoniya – səs məlumatlarını ənənəvi telefon xətləri üzrə deyil, İnternet vasitəsilə ötürən telefon əlaqəsidir. Bu əlaqə növü İnternetə qoşulmuş istənilən yerdə quraşdırıla bilən və stasionar simli əlaqənin daha funksional və rahat alternativi kimi nəzərdə tutulmuşdur. Ümumi bazar üzrə baxsaq İP-telefoniya ən müxtəlif sahələrdə sürətlə məşhurlaşır. Bu əlaqə növündən logistika şirkətləri, beynəlxalq şirkətlərin regionda nümayəndəlikləri, turizm biznesləri və digər sahələr də fəal istifadə edir.

İP-telefoniya ilə kommunikasiya bir çox üstünlüklərə malikdir. Onlardan biri– IP-telefoniyanın stasionar telefonlarla müqayisədə daha aşağı qiymətidir. İkincisi – bulud texnologiyalı ATS kimi müasir xidmətlərlə inteqrasiya hesabına biznesin inkişafı üçün əlavə imkanların yaradılması. Üçüncü əhəmiyyətli üstünlük – stasionar nömrəyə və bunun sayəsində ofislərin coğrafi yerləşməsinə də bağlanmanın olmaması. 

İP-telefoniya bütün ofisləri, mağazaları, şöbələri vahid telefon şəbəkəsində asanlıqla birləşdirməyə imkan verir. Nəticədə rəhbərlik bölmələri daha operativ idarə edə, onlarla lazımi məlumatları daha rahat bölüşə bilirlər, bu da öz növbəsində tapşırıqların icra prosesini sürətləndirir.

Filialların arasında kommunikasiya təşkilindən əlavə IP-telefoniyanın köməyi ilə biznesin inkişafına yönəldilmiş geniş spektr məsələlər həll etmək olur. Məsələn, yazılmış danışıqların təhlili telefonda müştərilərə xidmətin səviyyəsinin monitorinqi üçün böyük imkanlar açır. “Buludlu” ATS texnologiyası vasitəsilə gündəlik telefon müraciətlərinin orta sayını, müştəriyə ayrılmış vaxtı, xidmətin keyfiyyətini qiymətləndirmək və müştərilərlə ünsiyyətdə zəif nöqtələrinizi aşkar etmək mümkün olur.

Beləliklə, IP-telefoniya – sadəcə sərfəli qiymətə zənglər deyil, həm də pərakəndə biznes üçün ən əhəmiyyətli prosesin– müştəri ilə və ya əməkdaşlar və bölmələr arası məsafədən asılı olmayaraq yüksək keyfiyyətli qarşılıqlı əlaqənin gücləndirilməsidir. 

Bütün qeyd olunan imkanlar ilə istifadəçiləri Grandstream şirkətinin IP-telefoniya sistemləri təmin edə bilir. Grandstream gündən günə inkişaf edərək biznes məsələləri üçün ən effektiv alətləri təklif etməklə yanaşı satışlarınızı IP-telefoniya vasitəsilə artırmaq üçün ideal şərait yaradır. 

Bu məşhur brendin Azərbaycanda rəsmi təmsilçisi olan Grandstream Azerbaycan şirkəti ilə əlaqə saxlamaq üçün: 

[email protected]

+99412 310 21 21 

+99477 277 24 77



Digər məqalələr

GAC2500 — Grandstream şirkətinin ilk İP konfrans telefonu.
GRP2600
Kiçik və Orta Bizneslər üçün sərfəli IP həllər
Bizdə hər bir ehtiyaca uyğun telefon var

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR
DEMO SİFARİŞİ
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99