IP-telefoniyanın sənayedə tətbiqi

Bu gün müxtəlif sahələrdə fəaliyyət göstərən və keyfiyyətli kommunikasiya tələb edən hər orta və böyük sənaye şirkəti IP-telefoniya istifadə edir. IP-telefoniya standart telefon funksiyalarından əlavə böyük həcmdə gündəlik daxil və xaric olan zəngləri emal edə bilir. Bu "ağıllı" əlaqə növü yalnız zənglərin emalı vaxtını azaltmır, həmçinin kommunikasiya proseslərinin keyfiyyətini və effektivliyini yüksəldir. 


Sənaye şirkəti adətən bir neçə bölmədən ibarət olur: mərkəzi ofis, istehsal sexləri, anbar və s. Və bu bölmələrin bütün əməkdaşları arasında fasiləsiz telefon bağlantısının saxlanılması yüksək məhsuldarlığın və müştərilərə keyfiyyətli xidmətin bünövrəsidir. Adi telefon xətləri rəhbər, işçilər və təchizatçıların arasında olan əlaqə vasitəsi kimi sabit və etibarlı olmadığına görə bu həcmdə yüklənmə ilə işləməyi bacarmırlar. İldən ilə daha çox müəssisələr yeni proqressiv rabitə kanalı olan IP-telefoniyanı özləri üçün kəşf edərək, onun üstünlüklərindən yararlanırlar.


Statistikaya görə zənglərin demək olar ki, yarısı cavabsız qalır. Bunun bir çox səbəbi ola bilər– işçinin yerində olmaması, telefon dəstəyini qaldırmağa çatmaması, zəng sayının çoxluğu və s.  IP-telefoniya isə zənglərin sonradan emalı üçün sabitləşdirilməsi funksiyası sayəsində bütün bu problemləri birdəfəlik həll edə bilir.

 

IP-telefoniyanın 2-ci üstünlüyü – həm yaxın, həm də uzaq məsafədə yerləşən bütün istehsal bölmələri üçün ümumi telefon şəbəkəsini yaratmasıdır. Fərdi IP-ATS vahid ayrılmaz və etibarlı sistemdə həm telefon danışıqlarını, həm də elektron poçt, faks və web-zəngləri asanlıqla birləşdirməyə imkan verir. Belə sxem sizə bütün daxil olan zənglərin emal vaxtını azaltmağa, çıxan zənglər üzərində nəzarəti həyata keçirməyə və sənayenin bütün işçiləri arasında  əlaqəni yaratmağa kömək edəcək.


Sənayedə IP telefoniya istifadəsinin 3-cü üstünlüyü — DECT və ya Wi-Fi standartlarında simsiz telefon şəbəkəsinin böyük anbar ərazilərində təşkili imkanıdır. Bunun sayəsində anbar şöbəsinin işinin göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlir.


Həmçinin nəzərə almaq lazımdır ki, IP-telefoniya — sadəcə adi telefon əlaqəsinin alternativi deyil. IP-telefoniya həllərinin aktuallığı yalnız danışıqlara və infrastrukturun texniki xidmətinə xərclərin azalmasına əsaslanmır. Strateji baxımdan IP-telefoniya məlumatların və səsin ötürülməsi, həmçinin bu məlumatların sonradan emalı və təkrar istifadəsi üçün həlləri birləşdirən vahid texniki platformadır. Beləliklə, IP-telefoniyanın inkişafı müəyyən bir mənada əmək məhsuldarlığının artımının və biznesin inkişafının vasitəsidir.


Bu gün IP-telefoniya əsasında əlaqənin təşkili sənaye müəssisələri üçün ən rahat alətə çevrilib. Grandstream şirkətinin istehsal etdiyi IP-telefonlar artıq uzun müddətdir ki, Azərbaycanın telekommunikasiya bazarında bilavasitə istifadəçilər üçün etibarlı, tənzimlənməsi rahat, stabil çalışan və büdcəli qurğular kimi özünü təsdiqləyib. Bu məşhur ABŞ brendinin Azərbaycan üzrə rəsmi satış təmsilçisi olan Grandstream Azərbaycan-dan orijinal məhsulları almaq və ya ətraflı məlumat üçün bizimlə əlaqə saxlamağınız kifayətdir:

[email protected]

+99412 310 21 21  

+99477 277 24 77


Digər məqalələr

DECT telefonlar
DECT telefoniya sizə nə verir?
Unifikasiya edilmiş kommunikasiyaların 5 üstünlüyü
GRP2600

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR
DEMO SİFARİŞİ
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99