GVC3200 - bu hər şeyi dəyişir!

Grandstream şirkətinin Videokonfrans həlli üçün "This changes everything" ("Bu hər şeyi dəyişir") şüarı seçməyi təsadüfi deyil. GVC3200 məhsulundan əvvəl Grandstream şirkəti yalnız iki istiqamətdə həllər təklif edirdi: VoİP həllər və İP-videomüşahidə.  Konfranslar üçün Grandstream fərqli yanaşma seçərək məhz öz "doğma" KOB (Kiçik və Orta Biznes) bazarı üçün yüksək keyfiyyətli görüntü və səsin ötürülməsini təmin edən məhsulu ilə bazarda dəyişikliklərə səbəb oldu.

İnsanlarda elə fikr yaranıb ki, konfrans sistemləri — böyük, bahalı və çətin həllərdir. Buna görə də Grandstream daim quraşdırılmanın və istifadənin asanlaşdırılmasına çalışır.  Hətta texnikadan başı çıxmayan adi ofis işçisi belə bu sistemlə rahat işləyə bilir. Siz sadəcə məhsulu paketindən çıxarıb HDMİ vasitəsilə ekrana qoşursunuz, internetə bağlandıqdan sonra isə yüksək keyfiyyətli səs və görüntü əldə edirsiniz.

GVC3200 - IP avadanlıqlar sahəsində aparıcı istehsalçı olan Grandstream şirkətinin videokonfrans sistemidir. Bu model  yüksək keyfiyyətdə çox işitrakçısı olan videokonfransın keçirilməsi üçün tətbiq olunan innovasiya məhsuludur.

GVC3200 məsafədən iştirakçıların qarşılıqlı əlaqəsinin təşkili və digər şəbəkə kameraları və İP telefonlar kimi əlaqə sistemləri ilə geniş inteqrasiya imkanlarına malikdir. Bu məhsul ilə şirkətin müxtəlif bölmə və filiallarının əməkdaşlarını virtual bir otaqda yığmaq mümkündür. GVC3200 Android 4.4 əməliyyat sisteminə əsaslanan ilk videokonfrans həllidir və bu platforma “Google Play Store”-da olan “Skype”, “Skype for Business”, “Google Hangouts” və  digər proqramlardan istifadəyə imkan yaradır.

Mükəmməl görüntünün yaradılması üçün  Grandstream-in GVC3200 konfrans həllində 12 dəfəyə qədər yaxınlaşdırıla bilən və Full HD keyfiyyətli genişbucaqlı kamera mövcuddur. Kameranın idarəedilməsi üçün idarəetmə pultundan istifadə edilir. Pult həm yaxınlaşdırma-uzaqlaşdırma və kameranın hərəkət etdirilməsi, həm də ki, ekranın idarəedilməsi üçün istifadə edilə bilər.

GVC3200 komplektinə məsafədən idarə üçün pult daxil olmasına baxmayaraq, “Bluetooth” vasitəsilə də istənilən smartfondan idarə mümkündür. Kameranın xüsusi funksiyalarından biri də onun qabaqcadan müəyyən edilmiş tənzimləmələrə (“presets”) keçididir . Hər belə “preset”  kameranın bir nöqtəyə fokuslanması, tələb olunan yerdə yaxınlaşdırması və bu məlumatın nömrələr üzrə saxlanılması imkanlarını təmin edir. Qabaqcadan müəyyən edilmiş 24 “preset”-in təyini nəzərdə tutulub və onlar konfrans keçirilməsi zamanı kameranın anında yönləndirilməsi və lazımlı əməkdaşın seçilməsi üçün istifadə oluna bilərlər.  Cihaza audio-sistemin qoşulması həm iki usb port vasitəsi  ilə, həm də Bluetooth vasitəsi ilə mümkündür.

Grandstream video konfrans həlləri güclü xüsusiyyətləri ilə birlikdə rahat quraşdırılma və istifadə imkanları yaradır. Bu sistemi həm ölkə üzrə filialları olan bizneslər və həm də orta kiçik bizneslərdə istifadə etmək tövsiyə edilir. Məhz əla keyfiyyət və sərfəli qiyməti özündə birləşdirən GVC3200 ən qısa müddətə sistemdən istifadənin effektini göstərir. 

Grandstream məhsullarının Azərbaycanda rəsmi təmsilçisi olan Grandstream Azərbaycan şirkəti  hər zaman orijinal və keyfiyyətli avadanlıqlar təqdim etməklə yanaşı onlara sərfəli qiymətlər də təklif edir. İstifadəçilərin etibarını və rəğbətini qazanmış Grandstream məhsullarını əldə etmək və ya haqqında daha ətraflı məlumat almaq üçün əlaqə:

[email protected]

+99412 310 21 21 

+99477 277 24 77

 

Mənbə: https://habr.com/company/muk/blog/266879/



Digər məqalələr

DECT telefonlar
Məsafədə çalışan işçilərlə əlaqə saxlanılması
GVC3200 - bu hər şeyi dəyişir!
IP-telefoniyanın sənayedə tətbiqi

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR
DEMO SİFARİŞİ
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99