Grandstream GXP1625 - kiçik bizneslər üçün ən rahat İP Telefon.


İP telefoniya - biznes  üçün  yeni, aktuallığını itirmiş ənənəvi telefoniyada olmayan imkanlar deməkdir. İP telefonlardan istifadə şəhər telefon xətlərinə və mobil əlaqəyə qoşulmadan zəng etmək və onun geniş funksiyalarından faydalanaraq əlaqə xərclərini azaltmağa imkan verir. Belə telefonları bəzən VoİP, SİP telefonları və “softfon” adlandırırlar. 

İP avadanlıqların aparıcı istehsalçısı olan Grandstream şirkəti bizneslərin ilkin mərhələsində tətbiq olunan cihazlardan böyük holdinqlər üçün istifadə olunan texnologiyalaradək geniş spektrli imkanlar təklif edir. 

Grandstream-in tanınmış modeli GXP1625 kiçik bizneslər və ev istifadəsi üçün nəzərdə tutulan ən uyğun İP telefonlardandır. Bu model VoİP telefoniyanın yönləndirmə, 3 tərəfli konferensiya, zəngin saxlanılması və gözlənilməsi kimi əsas funksiyalarını dəstəkləyir. Bundan əlavə cihazın anında zəng yazısı, hər əlaqə qrupuna uyğun zəngin musiqi seçimi və hava proqnozu kimi imkanları da var. 

Günün çox vaxtını telefonla iş görən əməkdaşların rahatlığı üçün bu cihazda qulaqlıq qoşulan RJ9 girişi nəzərdə tutulub. İşıqlandırılan qrafik ekranın altında isə 3 ədəd proqramlaşdırıla bilən düymə yerləşdirilib. GXP1625-də router və web interfeys imkanlarınının konfiqurasiyası üçün iki şəbəkə portu olduğuna görə telefonun qoşulması zamanı əlavə vaxt tələb olunmur.  Eyni zamanda şəbəkə portlarının router və web interfeys imkanlarının olması da cihazın qoşulması üçün vaxta qənaət edən amillərdəndir. 

Gündəlik işlər üçün uyğun olan bu İP Telefon Grandstream-in GXP1620 - analoji modelindən Ethernet kabeli vasitəsilə enerji yığması ilə fərqlənir. İki telefon xətti dəstəkləməsi sadəcə iki fərqli hesabda cihazın qeydiyyatı ilə yanaşı, həm də eyni vaxtda iki zəng qəbul etməsinə imkan yaradır. Daha önəmli xətt, iki rəngli status indikatoru olan düyməyə toxunaraq seçilir. 

GXP1625 telefonu mükəmməl səs və əks-sədanı minimuma endirən özəlliyi ilə yanaşı, həm telefon dəstəyi, həm də dinamik rejimdə danışdıqda HD Audio texnologiyasını və digər təhlükəsizlik və avtomatik tənzimləmələri dəstəkləyir. Telefonun 500-ə yaxın “əlaqələr” və 200-ə qədər “son zənglər” siyahısı, menyu üzrə 5 naviqasiya və 13 funksional düyməsi cihazdan istifadəni olduqca rahatlaşdırır. “Message Waiting” indikatoru yeni səs mesajları haqda bildirişlər göndərərək, buraxılmış zənglərə geri dönmə üçün imkan yaradır. 

 

“Grandstream GXP1625 tənzimlənmə sadəliyi, istifadə rahatlığı və kiçik biznes şirkətləri üçün az xərclə yüksək keyfiyyətli əlaqəni təmin edir.”

İP, Video konfrans, Video telefoniya və Video müşahidə avadanlıqları sahəsində Azərbaycanda çox önəm verilən Grandstream məhsullarının satış təmsilçisi olan Grandstream Azərbaycan hər birinə orijinallıq zəmanəti verməklə yanaşı, büdcənizə uyğun qiymət təklif edir. Həmçinin cari ilin sonuna qədər Grandstream məhsul kataloqunda yer alan hər bir məhsula 15% endirim nəzərdə tutulub.

Grandstreamin İP telefonları ilə bağlı burada, GXP1625 modelinin imkanları ilə bağlı daha ətraflı isə Grandstream bloqunda tanış ola bilərsiniz.




Digər məqalələr

Daha yüksək qiymətli avadanlıqlar istifadəçilərə hansı üstünlükləri verir?
Ofis üçün İP telefonları necə seçmək lazımdır?
DECT telefonlar
Niyə iri təşkilatlar Grandstream-i seçir?

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR
DEMO SİFARİŞİ
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99