Problemsiz müşahidə kameraları

Hazırda İP avadanlıqları təklif olunan rəqabətli bazarda çoxfunksiyalı müşahidə kameralarını da təklif edənlər çoxdur. İlk növbədə bu, hər bir istehsalçının öz məhsullarını davamlı inkişaf etdirmək istəməsinə bağlıdır. Bütün bunlar, hətta texniki anlayışı olan şəxs üçün hər hansı bir video kameranı düzgün seçməyi çətinləşdirir. Video kamera istifadəçilərinin çoxu məhsulun keyfiyyətsiz olması və ya videonun otürülməsində yaranan problemlərlə bağlı xidmət mərkəzlərinə müraciət edirlər. Yüksək keyfiyyətli müvafiq məhsullardan istifadə etmək bu cür problemləri aradan qaldırmağı təmin edir. Buna görə yalnız etibarlı şirkətə müraciət etmək və orijinal məhsullardan istifadə etmək həqiqətən də xeyir gətirəcək.

Grandstream İP video kameraları etibarlı, hava dəyişikliklərinə davamlı, infraqırmızı (IR) IP kamera ilə tənzimlənən və məsafəylə dəyişən fokusa malikdirlər. Hava və istilik şəraitinin daimi dəyişikliklərə məruz qaldığı açıq havada və istənilən yerdə istənilən tətbiq üçün məhz bu video kameralar ideal seçimdir.

Müşahidə kameraları inkişaf etmiş görüntü prosessoru (ISP), zəif işıqlandırma daxil olmaqla hər hansı bir işıq şəraitində yüksək keyfiyyət təmin edən rəng balansını avtomatik tənzimləmək üçün yüksək səviyyəli alqoritmlə təchiz olunmuşdur. Dəyişən fokus uzunluğuna malik linza maksimum mümkün izləməni istifadəçinin tələblərinə uyğunlaşdırmağa imkan verir ki, bu da kameraların yaxınlıqdakı obyektləri, məsələn binanın girişini və park kimi məsafəni izləməyə imkan verir.

Video-qeydiyyatçı ilə birlikdə, bütün Grandstream IP kameraları avtomatik plug-and-play (kompüter və digər texniki cihazlarda qurğuları tez bir zamanda təyin etmək və konfiqurasiya etmək üçün nəzərdə tutulmuş texnologiya) konfiqurasiyasını dəstəkləyən birləşməsi məlumatların qeydiyyatı və müşahidəsi üçün yüksək effektli bir həllərdir. Kameralar digər ONVIF-lə uyğun video-siqnal idarəetmə sistemləri ilə birlikdə GSURF Pro proqramı (eyni zamanda 36 və 72 kameraya qədər monitorinqə imkan verən və video-siaqnalları idarə edə bilən PULSUZ Grandstream proqramı) ilə idarə oluna bilər. Grandstream texnologiyasında SIP / VoIP kamerası audio və video axınları arasında video telefonlarla və smartfonlarla eyni zamanda iki tərəfli ünsiyyət üçün istifadə edilir. Kameralar, digər video nəzarət sistemlərinə asanlıqla inteqrasiya etmək üçün PoE dəstəyi, gündüz və gecə əməliyyat rejimi üçün İR-CUT funksiyasına , daxili mikrofon, dinamik və çevik HTTP API  proqram təminatına malikdir.

Hər zaman orijinal və keyfiyyətli avadanlıqlar təqdim edərək istifadəçilərin etibarını və rəğbətini qazanmış Grandstream öz istifadəçilərinə uyğun qiymətlər təklif etməklə yanaşı rəsmi satış təmsilçisi olan Pronet MMC-nin 15 illik yubileyi münasibəti ilə bu ilin sonuna qədər hər bir məhsulu 15% faiz endirimlə müştərilərinə təqdim edir.

Məhsullardan yararlanmaq üçün +99412 3102121 / +99477 2772477 zəng etmək və yaxud [email protected] ünvanına mail yazmaq kifayətdir.

Digər məqalələr

İşgüzar görüşlərə məsafə və zaman əngəl deyil!
Kiçik və Orta Bizneslər üçün sərfəli IP həllər
Androidlə işləyən Videokonfrans sistemi
Videokonfrans nə üçün lazımdır?

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR