Videokonfrans nə üçün lazımdır?

Videokonfrans — kompüter imkanlarından istifadə edərək məsafədən ünsiyyəti canlı ünsiyyətə maksimum yaxınlaşdıran, insanlara bir-birini eşitməyə və görməyə, interaktiv rejimdə məlumat mübadiləsi aparmağa və onları birgə emal etməyə imkan verən texnologiyadır. Bir sözlə videokonfrans məsafə maneəsini aradan qaldırmağa imkan yaradır.

Videokonfransın tətbiq sahəsi olduqca böyükdür. Bu gün videokonfrans istifadə edilmədiyi fəaliyyət sahəsi demək olar ki qalmayıb.

Videokonfrans istifadə etməklə ünsiyyət üstünlükləri:

Zamana qənaət

Videokonfranslar danışıq otağından və ya iş yerindən ayrılmadan uzaq məsafədə olan əməkdaşlarla görüş keçirməyə şərait yaradır. Yola sərf olunan zamana və pula qənaət edir.

Rahatlıq

Videokonfrans adi telefon bağlantısı qədər sadə bir alətdir. Ofislər arası gündəlik məsləhətləşmə və danışıqlar üçün videokonfrans sistem terminallarını quraşdırın.

Əhatəlilik

İştirakçıların sayını yalnız videokonfrans infrastrukturu təyin edir: həmsöhbətdə bir, yüz və ya minlərlə iştirakçı iştirak edə bilər

Reallıq

Telefon söhbətindən fərqli olaraq, videokonfrans vizual əlaqə yaratmağa, qarşı tərəfin artikulyasiyasını görməyə, onun emosiyalarını "oxumağa" imkan yaradır. Bundan əlavə videokonfrans sistemində əlaqə kənar işlərə yayınmağa imkan vermir və görüş zamanı canlı ünsiyyətdə olduğu kimi bütün diqqəti həmsöhbətə yönəldir.

İstifadə asanlığı

Videokonfrans əlaqəsi təşkil etmək üçün həmkarları dəvət etmək və həmin an tədbirə başlamaq və ya görüş planlaşdırılması zamanı onun başlanma vaxtını seçmək kifayətdir. İkinci halda sistem təyin olunmuş görüş vaxtını həmkarlara xatırladacaq. Onu da unutmaq olmaz ki, videokonfrans sistemlərinin interfeysi çox sadə və aydındır, eləcə də əməkdaşların təlimi üçün vaxt tələb etmir.

Təhlükəsizlik

Müasir videokonfrans sistemləri xüsusi kodeklər və protokollar üzərindən qurulub və aktiv şəkildə şifrələmə istifadə edir. Bu səbəbdən bağlantı riskləri yalnız insan faktoru ilə bağlı ola bilər.

Videokonfrans istifadəsi

Biznes üçün videokonfrans

Düzgün tətbiq edildikdə, videokonfrans böyük və məsafəli iş qüvvəsi istifadə edən təşkilatlara dərhal nəzərə çarpacaq maliyyə və inzibati faydalarını verməyə başlayacaqdır. Videokonfrans fəaliyyət səmərəliliyini, rəqabət üstünlüklərini, məhsuldarlığı və nəticə etibarilə şirkətin mənfəətini artırır. Belə videokonfrans avadanlıqlarını əsasən regionlarda, şəhərlərdə və yaxud digər ölkələrdə filialları olan şəbəkə ticarət müəssisələri və ya beynəlxalq şirkətlərin yerli nümayəndəliyi üçün gündəlik ya aylıq iclaslar, əməkdaşlar üçün treninqlər keçirmək, daimi əlaqəda qalmaq üçün mühüm alət hesab etmək olar.

-      Uzunmüddətli səfərlər və ezamiyyətlərə qənaət

-     Qərarların operativ qəbul edilməsi

-     İstənilən zaman tərəfdaş və müştərilərlə əlaqə

Təhsil üçün videokonfrans

İndiki zamanda bir çox xarici universitetlər tələbələrə məsafədən təhsil imkanları təklif edir. Hər dəfə xarici professorların dəvət olunması isə universitetin büdcəsi üçün kifayət qədər xərcdir.

Belə avadanlıqlarla siz asan şəkildə xarici universitetlərlə konfrans yaradaraq professorların çıxışlarında və təlimlərində iştirak edə bilərsiniz. Videokonfrans texnologiyasından istifadə etməklə tələbələr auditoriyanı tərk etmədən dünyanın demək olar ki, istənilən nöqtəsindən digər tələbələr və müəllimlər ilə ünsiyyət qura bilərlər.

- Regional müstəqillik

- Fiziki qüsurlu insanlar üçün təlim

- Bilik almaq prosesinə nəzarət

Tibbdə videokonfrans

Videokonfrans məsafədən diaqnostika, müalicə və konsultasiya üçün effektiv tətbiq edilə bilər.

Bununla yanaşı, tibb sahəsində videokonfrans istifadə edilməsinin mühüm üstünlüyü tibbi heyətin davamlı təhsili və təlimidir. Videokonfrans tez, asan, real vaxt rejimində şəxsi iştirak effekti ilə həkim və pasientlərə təcrübəli mütəxəssislər tərəfindən konsultasiya və təlimat almaq imkanı verir. Bəzi hallarda bu, müəyyən mütəxəssislə görüşmək üçün bəzən isə hətta həyat

xilas etmək üçün yeganə vasitə ola bilər. 

- Tibb mütəxəssisləri tərəfindən konsultasiya və xəstəliklərin diaqnostikası

- Pasientlərin uzaqdan monitorinqi

- Əməliyyatların onlayn rejimdə yayımı


İşçi heyətinin seçimi

Digər ölkə və şəhərlərdə olan namizədlərlə müsahibə keçirilməsi problemi artıq geridə qaldı.

Videokonfrans vasitəsilə namizədlə əlaqə saxlayaraq, HR-menecer və ya işəgötürən, potensial

işçi haqqında dolğun təsəvvür əldə edir: onun zahiri görünüşü, davranış tərzi, hazırcavablığı və

əlbəttə ki, peşəkarlığı. Bütün bunlara müsahiblər arasında tam audio-vizual kontakt hesabına

nail olunur. Üstəlik, işəgötürən bu müsahibəyə danışıqda iştirak edib namizədi qiymətləndirmək

üçün digər şöbələrin əməkdaşlarını cəlb edə bilər.


- Başqa şəhərlərdən namizədlərlə onlayn-müsahibənin keçirilməsi

- Müsahibə prosesinə əməkdaşların cəlb edilməsi imkanı 

- Video müsahibələrin yazılması imkanı


Videokonfrans əlaqənin əlavə imkanları

IP-АТS və telefoniya ilə inteqrasiya

Kənar istehsalçıların videokonfrans sistem-terminalları ilə əlaqə

Birləşmiş kommunikasiya sisteminin qurulması

Tam mətni Azərbaycan dilində daxil edin

Digər məqalələr

IP-telefoniyanın iş prinsipi
Problemsiz müşahidə kameraları
⠀"Grandstream" konfrans məhsulları
Niyə iri təşkilatlar Grandstream-i seçir?

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR
DEMO SİFARİŞİ
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99