IP-telefoniyanın iş prinsipi

IP-telefoniya – bütün “telefon” danışıqlarını internet üzərindən aparmaq imkanı yaradır. Onun iş prinsipi aşağıdakılardan ibarətdir: abunəçilərdən biri digərinə səs siqnalları göndərir, səs kodeklər vasitəsi ilə işlənir və İnternetlə paket məlumatların vasitəsi ilə real zaman rejimində ötürülür. Bu zaman səsin maksimal gecikməsi 300-400 millisaniyə çəkir. Gecikmə isə öz növbəsində rəqəmsal audiosiqnalı yaratmaq üçün apparat avadanlığına tələb olunan vaxtla bağlıdır.

İnsan qulağı 250 millisaniyədən aşağı olan gecikməni qavramır. Lakin, hazırda səsin kəsilməsini və səs siqnalının gecikdirilməsinin qarşısını alan texnologiyalar mövcuddur. Bu danışıqlara görə ənənəvi telekommunikasiyalara xərclədiyinizdən xeyli az xərc çəkirsiniz.

Səsin IP-şəbəkə üzərindən ötürülməsi belə baş verir: daxil olan zəng və siqnal məlumatı telefon şəbəkəsindən telefon şlüzu adlanan sərhədd avadanlığına ötürülür və xüsusi kart vasitəsi ilə səs xidməti qurğusuna göndərilir. Şlüz, H.323 və SIP ailəsinə aid idarə protokollarını istifadə edərək, siqnal məlumatları qəbul tərəfin IP-şəbəkəsində yerləşən şlüza göndərir.

Qəbul edən şlüz siqnal məlumatlarının nömrələrin planı üzrə qəbuledici telefon avadanlığına ötürülməsini, hər iki tərəfə çıxan (End-to-end) bağlantıya zəmanət verərək, təmin edir. əlaqə qurulduqdan sonra, qəbuledici şəbəkə avadanlığında səs rəqəmsallaşır (rəqəmsal deyildisə), ITU alqoritmlərinin G.711 və ya G.729 kimi standartlarına uyğun şəkildə kodlaşdırılır, sıxılır, paketlərə kapsullaşıdırlır və təyinatı üzrə, TCP/IP protokollarının qırmanclarını istifadə edərək, müəyyən məsafədə yerləşən qurğuya ötürülür. Qəbuledici şlüza gələn IP-paketlər yenidən telefon siqnalına çevrilir və qəbul edən abunəçiyə zəng şəklində çatdırılır. 



Digər məqalələr

Avtomatlaşdırılma sizin sahənizə necə təsir göstərir?
Videokonfrans nə üçün lazımdır?
İş adamları üçün yeni imkan
Problemsiz müşahidə kameraları

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR