Niyə iri təşkilatlar Grandstream-i seçir?

Grandstream Networks, Inc şirkəti - IP şəbəkə üçün orijinal ultra-kompakt telefon və video-terminallarının istehsalı və işlənilməsində liderlərin biridir. Artıq 2002-ci ildən Grandstream şirkəti dünyada aparıcı təşkilatlara və VoIP xidmətlərinin operatorlarına həllər təqdim edir.

 

Grandstream Networks-un təqdim etdiyi məhsullar ötürülən səs və videonun yüksək keyfiyyəti, münasib qiymətə çevik funksionallığı ilə fərqlənir. Grandstream Networks, Inc şirkətinin həlləri zamanın sınağından çıxmış  və VoIP (son 3 il ərzində 7-dən çox medal) sahəsində aparıcı sahə nəşrləri tərəfindən mükafatlandırılmışdır.

 

IP telefonlar - Grandstream 3, 4 və 6 xətli, rəngli displey və rabitə sisteminin və səmərəliliyinin yaxşılaşdırılması üçün geniş VoIP funksiyalar paketi ilə IP-telefonlar təklif edir. HD audio dəstək, rəngli ekran, müxtəlif opsiyalar BLF/sürətli yığım/genişləndirilmə modulları və quraşdırılmış Bluetooth modulu Grandstream-in istifadəçilərə təklif etdiyi unudulmaz alətlərdir.

 

IP videotelefonlar - Android ™ Əməliyyat Sistemi bazasında, bənzərsiz multimedia funksiyalarını və Google Play mağazasına tam çıxışı təmin edən (biznes üçün populyar əlavələr də daxil olmaqla) 6 xətli IP-telefonlardır.Planşet rahatlığı və veb-çıxışa malik olan bu qabaqcıl qurğular videogörüntü imkanlarını iş yerinə daşıyır.

 

IP  videokonfrans-  kiçik biznes üçün  əlavə tənzimləmə və lisenziyaya ehtiyac olmadan bir neçə populyar protokol və platformaları dəstəkləyən qabaqcıl və innovativ həlldir.

 

IP audiokonfrans- Grandstream şirkətinin təqdim etdiyi IP audio konfrans biznes üçün Android bazası ilə çalışan, istənilən iş yeri üçün seçim, çeviklik və mobillik anlayışını yenidən müəyyənləşdirməyə imkan verən mükəmməl qurğudur.

 

Grandstream şirkətinin UCM seriyalı IP ATS, əlavə tənzimləmə, lisenziya və ya xidmət xərci olmadan lokal IP ATS idarəsində unifikasiya edilmiş kommunikasiya xidmətlərin geniş seçimini təklif edir.

 

 

Brendin keyfiyyəti və etibarlılığı şübhəsiz olduğu üçün iri şirkətlər Grandstream avadanlıqlarına üstünlük verirlər.

 

Aşağıda Azərbaycan üzrə Grandstream brendinin bəzi məmnun müştərilərinin loqotiplərini görmək mümkündür.

Zəng edin və Grandstream avadanlıqlarını sınaqdan keçirmək imkanını əldə edin!

Digər məqalələr

Onlayn görüşlərə hazırlıq
Niyə siz hələ də analoq telefondan istifadə edirsiniz?
Unifikasiya edilmiş kommunikasiyaların 5 üstünlüyü
Problemsiz müşahidə kameraları

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR