Grandstream avadanlığının bazası əsasında biznes mərkəzi üçün standart həllər.
IP telefoniya və IP video nəzarət həlli daxildir.

Həllin məqsədi:

Biznes mərkəzində icarəçilərə rabitə xidmətinin təşkili məqsədilə IP telefoniya və IP video nəzarət sisteminin qurulması.


Tələblərin siyahısı:
  • Telefoniya xərclərini minimallaşdırmaq
  • İcarəçiləri telefon rabitəsi ilə təmin etmək (həm analoq, həm də IP)
  • IP video nəzarət sisteminin təşkili
  • Səs, video və məlumatların ötürülməsi üçün

Qoşulmanın ümumi sxemi:


İstifadə olunan avadanlıq:

  • IP ATS – əbəkəni birləşdirən elementdir. Şəbəkə daxilində terminal qurğular arasında edilən bütün birləşmələr IP ATS vasitəsilə həyata keçirilir.
  • IP şlüz – VoIP şəbəkəsində abonent qurğusudur. Analoq şəhər xətləri, analoq telefon və analoq ATS-lərin IP şəbəkəsinə qoşulması üçün nəzərdə tutulub.
  • IP telefon – VoIP şəbəkəsində səsin ötürülməsi üçün nəzərdə tutulmuş abonent qurğusudur.
  • IP video kamera – IP şəbəkəsində video görüntünün ötürülməsi üçün nəzərdə tutulmuş terminal qurğusudur.

* Qeyd - IP videokameralar ikitərəfli audio və video əlaqə üçün SIP protokolunu dəstəkləyir və bu qurğuları IP PBX vasitəsilə qeydiyyata almaq olur. Buna görə də video nəzarət sistemi Grandstream Networks-un avadanlığı əsasında asanlıqla ofisinizin VoIP şəbəkəsinə inteqrasiya olunur.


IP telefoniyanın üstünlükləri:

Səs və məlumatların vahid infrastrukturu. Telefon kabellərinin çəkilişinə ehtiyac yaranmır (lokal şəbəkənin olması kifayət edir). Beynəlxalq telefon danışıq xərcləri minimuma enir. Baş ofisdən uzaq məsafədə yerləşən filiallarla bir nömrə prinsipi ilə pulsuz rabitə imkanı. Abonentlərin sayını artırmaq imkanı ilə bərabər rahat və sadə qoşulma imkanı. Ofisiniz başqa ünvana köçdüyü zaman telefon nömrələrinin saxlanılması imkanı.

IP video nəzarətin üstünlükləri:

Xüsusi kabel şəbəkəsi olmadan bölünmüş sistem hesabına Kameralar LAN-a qoşulur və əlavə təhlükəsizlik sisteminin inteqrasiyasına və vahid əlumat mərkəzindən idarə olunmasına imkan yaradır. Analoq video nəzarət sisteminə nisbətən video görüntünün daha yüksək keyfiyyəti və layihənin daha aşağı qiyməti.

Demo Sifarişi forması

Məhsullarımızın demo versiyasını əldə etmək üçün aşağıdakı formanı doldurmanız xahiş olunur.

GÖNDƏR
DEMO SİFARİŞİ
Telefon nömrənizi
qeyd edin və biz sizə
zəng edək
Zənginizi gözləyirəm
Zəhmət olmasa nömrənizi düzgün daxil edin!
00:29:99