Grandstream Networks Inc şirkəti 2002-ci ildə yaradılmışdır. Qərargah-mənzili Masaçusets ştatının paytaxtı Boston şəhərində yerləşir, bundan əlavə ABŞ-ın Los-Anceles və Dallas şəhərlərində nümayəndəliyi mövcuddur. Venesuela, Çin, İspaniya, İsrail, Malayziya, Mərakeş və Ukraynada Regional Nümayəndəlikləri fəaliyyət göstərir. Hal-hazırda Grandstream şirkətində 500 nəfərdən artıq işçi çalışır.
Grandstream keyfiyyət, innovasiya və etibarlılıq deməkdir. Dünyanın 150-dən çox ölkəsində təqdim etdiyimiz İP avadanlıq kommunikasiyanı daha effektiv və keyfiyyətli edir. Grandstream şirkətinin məhsulları ilə siz biznesinizi dünyanın istənilən nöqtəsində əvvəlkindən daha məhsuldar edə biləcəksiniz. Grandstream həlləri kiçik və orta biznes üçün əvəzolunmaz alət olaraq şirkətinizin rabitə xərclərini azaldacaq və eyni zamanda təhlükəsizliyin qorunma səviyyəsini artıracaq.
Azərbaycanda Grandstream şirkəti 2007-ci ildən bəri fəaliyyət göstərir, rəsmi nümayəndəsi “Pronet” şirkətidir. Bu müddət ərzində Grandstream şirkətinin İP avadanlığı bir çox dövlət və özəl müəssisələrdə istifadəyə verilmişdir və istifadəçilərin rəğbət və etibarını qazanmışdır.

2015-ci ildə “ilin Məhsulu” nominasiyasının ənənəvi qalibi. Qalib olduğu illər: 2003, 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015

Marketinq texnologiyaları (TMC) sahəsində ən önəmli nəaliyyətlər əldə etmiş şirkətlər bu mükafatla təltif olunurlar. Qalib olduğu illər: 2014

Bu mükafatla hər il müstəsna xüsusiyyətləri ilə əhəmiyyətli dərəcədə bazarda dəyişiklik etmiş məhsullar təltif olunur. Qalib olduğu illər: 2003, 2004, 2009

20 ildən çox fəaliyyət göstərən Deloitte Technology hər il Şimali Amerikada ən sürətlə inkişaf edən dövlət və özəl texnologiya şirkətlərini “Fast 500" mükafatı ilə təltif edir. Qalib olduğu illər: 2008, 2009

The Golden Bridge Awards dünyanın qabaqcıl “Biznes Mükafatları” proqramı olmaqla yanaşı sənaye sahəsində müxtəlif spektrları əhatə edən ənənəvi mükafatlar təqdim edir. Arzuolunan ənənəvi Golden Bridge Mükafatları proqramı dünyanın ən yaxşı təşkilatçılıq göstəricisi, məhsul və xidmətlər, innovasiyalar, habelə icraedici və idarəedici heyyətlər, marketinq kampaniyaları, eləcə də partnyor proqramları və bu səpkidən olan digər sənayə göstəriciləri ilə fərqlənənləri təltif edir.

ITSPA Böyük Britaniyanın təşkilatıdır və bu regionda ən yaxşı rabitə xidmətləri (VoIP) göstərən şirkətləri “ilin ən yaxşı məhsul və xidmətləri” mükafatı ilə təltif edir. Qalib olduğu illər: 2011, 2013, 2014

Bu mükafat Technology Marketing Corporation (TMC) tərəfindən hər il verilən mükafatdır. Mükafatla marketinq araşdırmaları sahəsində əldə olunan əhəmiyyətli nəticələrə görə təltif olunurlar. Grandstream 8 dəfə bu mükafatın qalibi seçilir. Qalib olduğu illər: 2006, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014